05 / 02 / 2021, Пятница
Лайков
1 630
всего, из них:
от людей
сомнительные
не от людей
Комментариев
67
всего, из них:
хороших
накрученных
Maksimum paylaşmanızı xahiş edirəm. Bu tək bizə yox, həm də övladlarımıza lazımdır.
Bu gün Sizə Dövlətimizin, Cəmiyyətimizin gələcəyi üçün, hamımızın taleyimizə təsir edən çox mühüm bir məsələ barədə qısa da olsa fikrimi açıqlayıram və bundan sonra bu mövzuda çoxlu yazılarım, çıxışlarım olacaq. Bu mövzuda Sizin hər birinizdən dəstək gözləyirəm. Çox vacib olan bir məqamı daim diqqətinizdə saxlamağı xahiş edirəm. Bilin ki, bu mövzuda heç bir şəxsi marağım yoxdur, hərçənd, bu vəziyyəti yaradan hiyləgər, ölkəmizin, xalqımızın düşməni olan, çox böyük vəzifələr tutub xarici ölkələrin maraqlarını qoruyanlar hər dəfə bu mövzuya toxunanda bunu mənim şəxsi marağım kimi təqdim ediblər və buna da bu günə qədər çox məharətlə nail olublar. Son 15-20 ili ölkədə elə vəziyyət yaranıb ki, dürüst, əxlaqlı, savadlı insanların yaşaması mümkünsüz olub, hər addımda aşağılanıb, haqları yeyilib və bir çoxları ölkədən getməyə məcbur olublar.
Əvəzində Prezident Administrasiyasının, DİN-in, DTX-nın ştatdankənar əməkdaşları ölkədə at oynadıb, fəxri adlar, pulsuz mənzillər, aylıq paketlər, layiq olmadıqları vəzifələr və digər imtiyazlar alıblar. Dövlətimiz üçün təhlükəli olan bu hal xərçəng xəstəliyi kimi ölkənin hər yerini bürüyüb. Həm hakimiyyətdə, həm müxalifətdə, xüsusilə KİV-lərdə və Vətəndaş Cəmiyyəti strukturlarında yer alan bu tiplər mütəşəkkil cinayətkar dəstə kimi formalaşıb. Onlarla mübarizə aparmaq isə çox təhlükəli olub, ona görə ki, onların birinə cavab verən kimi hamısı kaftar sürüsü kimi tökülüşüb həmin şəxsi sözün həqiqi mənasında küçə sözləri ilə linç ediblər. Bu yolda ən alçaq hərəkətlərdən, şər-böhtandan, əxlaqsızlıqdan, namussuzluqdan, şantajdan belə çəkinməyiblər, çünki bunların hamısı əxlaq, namus nə olduğunu bilməyənlərdir. Məhz buna görə də qorxularından heç kim onlara baş qoşmaq istəməyib. Şəxsən məni istəyənlər elə bu günün özündə də məni hər dəfə xəbərdar edirlər ki, bunlarla mübarizə aparmağa sənin heç sağlamlığın da imkan verməz. Mən isə Sizə söz verirəm, ölənə qədər bu murdarlarla mübarizə aparacam, çünki bu, mənə yox, Xalqımıza lazımdır.
04 / 02 / 2021, Четверг
Лайков
1 917
всего, из них:
от людей
сомнительные
не от людей
Комментариев
169
всего, из них:
хороших
накрученных
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S.Müslümov əvvəllər də həbs edilmişdi və həbsdən sonra daha da yüksəlib nazir oldu. Qorxuram bu dəfə də azad olub Baş Nazir ola.
Qeyd edim ki, S.Müslümov vəzifədə olmuş məmurlar sırasında korrupsiya sahəsinin ən mükəmməl "professor"udur. Məhz onun maxinasiyaları sahəsində on minlərlə təqaüdçünün, əlilin haqqı yeyildi, on minlərlə fırıldaqçı isə heç bir hüququ olmadan təqaüdlər, müavinətlər aldı.
Həyat ədalətlidir deyəndə belə işləri nəzərdə tutmuşam. Ancaq çox heyif ki, Azərbaycanda ədalət yerini tutana qədər yüz minlərin haqqı yeyilir.
04 / 02 / 2021, Четверг
Лайков
1 451
всего, из них:
от людей
сомнительные
не от людей
Комментариев
58
всего, из них:
хороших
накрученных
Problemin həll edilməsi Sizin maksimum paylaşmanızdan da asılıdır.
Bir neçə gün bundan əvvəl qaz sayğacları ilə bağlı baş verən fırıldaqlardan yazmışdım. Yazımda göstərmişdim ki, sayğaclar hesablama zamanı vətəndaşları aldadır və qazın keyfiyyatı çox aşağıdır. Azəriqaz İstehsalat Birliyi yazıma Instagramda uzun uzadı cavab yazıb məni ədalətli olmağa çağırmışdı. Ona görə də bu sahəni diqqətdə saxlamağa çalışdım.
Bu gün Azərbaycan Energetika Nazirliyinin öz saytında 2 fevral tarixli açıqlamasını oxudum. Bəlli oldu ki, 25-27 yanvar tarixlərində Energetika və İqtisadiyyat Nazirliyi tabeçiliyində olan strukturlarla bəzi yoxlamalar aparmışdır. Bəlli olub ki, "…araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib". Əlavə olaraq bildirilir ki, "…eyni zamanda, adıçəkilən ərazilərə verilən qazın keyfiyyət göstəriciləri də yoxlanılıb".
Hər iki Nazirliyə problemi araşdırdıqlarına görə təşəkkür edirəm. Bununla belə qeyd edirəm ki, bu araşdırmanın elan olunan nəticəsi də qeyri-səmimidir. Birincisi, "araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib" ifadəsi çox qeyri-müəyyəndir. Bu hissədə hökmən aydın şəkildə göstərilməlidir ki, "sərfiyyat aşağı olduqda" və "normaya uyğun hesablanmamaq" nə deməkdir? İkincisi isə əgər keyfiyyət yoxlanılıbsa nəticəsi niyə elan olunmayıb?
04 / 02 / 2021, Четверг
Лайков
899
всего, из них:
от людей
сомнительные
не от людей
Комментариев
37
всего, из них:
хороших
накрученных
Hər gün azad olunmuş torpaqlarımızda mülki vətəndaşların həlak olması xəbərinin yayılmasına baxmayaraq bu faciələrə bir aydınlıq gətirən yoxdur. Necə olur ki, hər addımda nəzarət buraxılış postlarının olmasına baxmayaraq vətəndaşlar minalanmış torpaqlara ayaq basırlar?
Ən əsas səbəblərdən birini açıqlayım. Yenə də rüşvətxorluq insan canlarını alır. Quraşdırılmış postlardan müharibə dövrü o torpaqları qarış-qarış gəzən hərbi jurnalistlər buraxılmadığı halda azad olunmuş torpaqlara qarət üçün, kimi mal-qara, kimi əlvan, qara metal toplamağa gedənlər 20-100 manat müqabiləində həmin postlardan sərtəst buraxılırlar. Bu günə qədər bir nəfərin də bu qanunsuzluğa görə məsuliyyətə alındığı xəbərini eşitməmişəm. Belə davam edərsə Vətən Müharibəsi dövrü həlak olan şəhidlərimiz qədər itkilərimiz olacaq.